Cenk Tosun: “Gələn il Azərbaycandan təklif olarsa, düşünərəm”

18 Yanvar 00:50 Sizdən Bizə 1 413
Cenk Tosun: “Gələn il Azərbaycandan təklif olarsa, düşünərəm”

Türkiyə millisinin sabiq ulduzu Cenk Tosun Azərbaycanda oynamaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu baradə 34 yaşlı hücumçu məlumat verib.

O, Azərbaycandan gələcək təkliflərə müsbət baxacağını bildirib.

“Kasımpaşa” ilə mövsümün sonunadək anlaşmışam. Amma gələn il Azərbaycandan təklif olarsa, düşünərəm. Ölkənizi çox sevirem” deyə o, AZƏRTAC-a bildirib.

Almaniya futbolunun yetirməsi olan Cenk Tosun bu ölkənin “Ayntraxt”, Türkiyənin “Qaziantepspor”, İngiltərənin “Everton” və “Kristal Pelas” klublarının da formasını geyinib.

Türkiyənin əsas millisində 53 oyun keçirən hücumçu 21 qol vurub. O, son olaraq “Fənərbağça”nın şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"