“Bu gözəl qız dünyaya gələndən sonra (qucağında tutduğu qızını göstərərək) özüm də Almaniyadan köçüb. Niderlandda məskən salmışam”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın almaniyalı hücumçusu Coy-Lens Mikels deyib.
Mikels qardaşları hazırda karyeralarını Azərbaycanda davam etdirir. Coy-Lens 3 ildir buradadırsa, Leroy Mikels ötən mövsüm onun arxasınca ölkəmizə gəlib.
Öncə «Şamaxı»nın formasını geyinən hücumçu hazırda «Zirə»nin formasını geyinir.
Digər qardaş Coy-Leyd isə bu sezondan Premyer Liqamızda özünü göstərməyə başlayıb. O da «Karvan»ın uğurları üçün tər tökür.
Bəs Almaniyada kim qalıb? Coy-Lensin cavabını eşidək:
«Anam və iki bacım hazırda Almaniyadadır. Atam Belçikada yaşayır.
Biz üç qardaş isə Azərbaycandayıq və burada olmaqdan məmnunuq.
Hərəmiz bir komandanın uğurları üçün çalışırıq və istəyirik ki, olduğumuz yerə fayda verək. Aramızda qiyabi rəqabətin yarandığını deyə bilərik».

