"Azərbaycanda çox azarkeş olmur, onlar futbolun elə də böyük fanatları deyillər”

20 May 2025 08:30 Sizdən Bizə 1 462
"Azərbaycanda çox azarkeş olmur, onlar futbolun elə də böyük fanatları deyillər”

“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda Braziliya mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki 36 yaşlı yarımmüdafiəçi Braziliya və Azərbaycandakı azarkeş mədəniyyəti arasında fərqləri belə təsvir edib:

"Azərbaycanda çox azarkeş olmur, onlar futbolun elə də böyük fanatları deyillər. Ancaq Avropa Liqasında və ya Çempionlar Liqasında oynayanda stadion dolurdu.

Yerli liqada isə yalnız derbi oyunlarında stadionda azarkeş çox olur. Amma burada, Braziliyada küçədə azarkeşi görürsən.

Son oyunlarda “Santo André”də stadiona daxil olarkən azarkeşlərin dəstəyi inanılmaz idi. Braziliyadan tez ayrıldığım üçün bu hissi burada əvvəl yaşamamışdım.

Hətta telefonumda videolar saxlamışam. Bu, braziliyalıların futbola necə aşiq olduqlarını göstərir".

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"