Azərbaycan millisində çıxış edə bilməyəcək - İcazə vermədilər

01:10 Sizdən Bizə 65
Azərbaycan millisində çıxış edə bilməyəcək - İcazə vermədilər

Buzüstü fiqurlu konkisürən Veronika Jilina Azərbaycan yığmasında çıxış edə bilməyəcək.

Sportinfo.az TASS agenliyinə istinadən xəbər verir ki, Rusiya Buzüstü Fiqurlu Konkisürmə Federasiyasının İcraiyyə Komitəsi bu keçidi təsdiqləməyib.

Federasiyasının rəhbəri Anton Sixarulidze deyib:

“Veronika Jilina heç bir ölkənin yığma konandasına keçə bilməz. Çünki hazırda o, hələ də Rusiya milli komandasının üzvüdür.

Onun niyə bizdə çıxış etmədiyini tam başa düşmürük. Biz onu gözləyirik. O, əla formadadır.

Buna görə də mən Veronika Jilinaya komandamızda çıxış etməyi tövsiyə edərdim. Onun böyük şansları var və o, çox istedadlı idmançıdır”.

Daha əvvəl həmin mənbə 17 yaşlı idmançının növbəti mövsümdən Azərbaycan üçün çıxış edəcəyini bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti