Almaniyalının gözü azərbaycanlı hücumçunu axtardı: “Onun üçün çox darıxdıq”

25 Aprel 13:20 Sizdən Bizə 3 106
Almaniyalının gözü azərbaycanlı hücumçunu axtardı: “Onun üçün çox darıxdıq”

"Dinamo"nun (Berlin) baş məşqçisi Dennis Kutrib Berlin kubokunun "Alglinike" ilə yarımfinal oyunundan danışıb.

Sportinfo.az xəbər verir ki, o, Rüfət Dadaşovun komandaya qayıtmasının vacibliyini qeyd edib.

“Berliner Kurier”ə açıqlama verən çalışdırıcı millimizin sabiq hücumçusu barədə bunları deyib:

“Dadaşov kimi futbolçu daim meydanda olmalıdır. Onun üçün çox darıxmışdıq.

“Aylenburq”la görüşdə, yəqin ki, Rüfət 1-2 qol vurardı. Çünki şansımız çox idi”.

33 yaşlı forvard 2023-cü il iyulun 1-dən "Dinamo"da çıxış edir. O, 2025-ci il iyunun 30-na qədər bu kluba məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!