Alman Güney Azərbaycan klubuna heyran qaldı - FOTO

22 Aprel 13:40 Sizdən Bizə 818
Alman Güney Azərbaycan klubuna heyran qaldı - FOTO

Sportinfo.az xəbər verir ki, almaniyalı idman şərhçisi "Traxtor" ilə bağlı maraqlı açıqlama verib.

Onun sözlərinə görə, Güney Azərbaycan klubu 120 min azarkeşin iştirakı ilə dünya üzrə stadion tamaşaçı rekordu qırıb.

Şərhçi əlavə edib ki, türkcə danışan "Traxtor" azarkeşləri matçlara yalnız azarkeşlik məqsədi ilə deyil, eyni zamanda milli kimliklərini ifadə etmək üçün toplaşırlar:

"Onlar İspaniyadakı katalonlara bənzər şəkildə, güclü milli duyğulara malikdirlər və özlərini İranlı deyil, Azərbaycanlı olaraq görürlər”.

"Traxtor" Cənubi Azərbaycanda yaşayan milyonlarla azərbaycanlının dəstəklədiyi simvolik komandadır. Klubun oyunları, xüsusilə milli məsələlər fonunda, geniş ictimai rezonans doğurur.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!