HADİSƏ - Erməni bloqer Azərbaycandan sığınacaq istədi

7 Mart 2025 07:50 Sizdən Bizə 1 395
HADİSƏ - Erməni bloqer Azərbaycandan sığınacaq istədi

Erməni bloqer və aktivist İşxan Verdyan Prezident İlham Əliyevə müraciət edərək Azərbaycandan siyasi sığınacaq istəyib.

Hazırda İstanbulda yaşayan Verdyan bu barədə teleqram kanalında paylaşım edib.

O bildirib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığına görə Ermənistanda onun barəsində cinayət işi başladılıb.

Verdyan vurğulayıb ki, Ermənistan hökuməti ona ömürlük həbs cəzası vermək istəyir:

“Bildirmək istəyirəm ki, Ermənistana qayıtmağım həbsimə gətirib çıxaracaq, beynəlxalq axtarışa verilməyim isə Ermənistanda həbsxanadan başqa digər hər yerin qapılarını mənə bağlayır.

Hörmətli cənab Prezident, mövcud reallıqları və vətəndaşlığım olan ölkəyə qayıtmağımın qeyri-mümkünlüyünü nəzərə alaraq, mənə Azərbaycanda siyasi sığınacaq verməyinizi xahiş edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"