“Azərbaycana gedib-gəlməli olacağıq, bu səyahət çox çətindir”

20 Sentyabr 2024 02:00 Sizdən Bizə 938
“Azərbaycana gedib-gəlməli olacağıq, bu səyahət çox çətindir”

"Harts”ın (Şotlandiya) baş məşqçisi Stiven Neysmit Konfrans Liqasının əsas mərhələsindəki rəqiblərdən danışaraq, “Dinamo” (Minsk) ilə Sumqayıtda keçiriləcək oyuna toxunub.

Sportinfo.az “Edinburgh News”a istinadən xəbər verir ki, şotlandiyalı mütəxəssis ölkəmizdə baş tutacaq oyun haqda belə danışıb:

“Mən qarşılaşacağımız bir çox komandaları izləmişəm. Onların əksəriyyəti oxşar üsluba malikdir.

Ən çətin hissə, yəqin ki, turnirin başlanğıcında olacaq. Çünki üç gün ərzində Azərbaycana və Aberdinə gedib-gəlməli olacağıq. Bu səyahət çox çətindir”.

Belarus çempionu Konfrans Liqasının cari mövsümün bütün ev oyunlarını Sumqayıtda keçirəcək.

"Dinamo" ilə "Harts"ın görüşü oktyabrın 3-də Mehdi Hüseynzadə adına stadionda keçiriləcək və saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 20:00 Çək və bizə göndər!
20 Aprel 11:30 Həm SİZ, həm BİZ...