Almaniya səfiri Hidayətdən paylaşım etdi

4 Avqust 2024 03:30 Sizdən Bizə 1 267
Almaniya səfiri Hidayətdən paylaşım etdi

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Parisdə keçirilən Yay Olimpiya Oyunlarında azərbaycanlı cüdoçu Hidayət Heydərovu qələbə münasibətilə təbrik edib.

Sportinfo.az” xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Tanınmış idmançı və ən yaxşı nəticələr əldə edən: bir ildə Avropa, Dünya və Olimpiya çempionu. Hörmətlə!”, - paylaşımda vurğulanıb.

Azərbaycanlı cüdoçu Hidayət Heydərov ötən gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda fransalı rəqibi Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 20:00 Çək və bizə göndər!
20 Aprel 11:30 Həm SİZ, həm BİZ...