
"Yurqorden"in müdafiəçisi Keyta Kosuqi komanda yoldaşı Musa Qurbanlı haqda danışıb.
Sportinfo.az xəbər verir ki, "Aftonbladet"ə danışan yaponiyalı millimizin hücumçusu ilə dostluğundan, ona İsveç klubuna adaptasiya olması üçün köməklik göstərməsindən söhbət açıb:
"Komandada ən yaxşı münasibətim kimlədir? Hücumçu Musa Qurbanlı ilə. Həmişə birlikdə məşqlərə gedirik.
Məni tez-tez şam yeməyinə dəvət edir. Hindistan və Efiopiya mətbəxinin yeməklərini yemişik.
Qurbanlı mənə çox qayğı göstərirdi. Komandaya adaptasiya olmağıma köməklik göstərdi".
Musa 2023-cü il iyulun 7-də "Yurqorden"lə müqavilə imzalayıb. O, 2026-cı il iyunun 30-na qədər İsveç klubuna məxsusdur.