COP29

İngiltərəli azərbaycanlıların şəninə tərif yağdırdı: "Orada o qədər adamı görmək…"

30 Aprel 16:40 Sizdən Bizə 840
İngiltərəli azərbaycanlıların şəninə tərif yağdırdı: "Orada o qədər adamı görmək…"

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində “Qəbələ” “Zirə”ni qəbul edib.

Oyunu izləyənlər arasında vaxtilə Qəbələ şəhər stadionunda meydançaların salınmasında və qulluq olunmasında yaxından iştirak etmiş Filip Şarples də olub.

İngiltərəli ot mütəxəssisi canlı izlədiyi qarşılaşmadan sonra sosial şəbəkə hesabında paylaşım edərək yerli azarkeşlər haqqında xoş fikirlər səsləndirib:

“Qəbələ”ylə “Zirə” arasındakı oyunda çox sayda azarkeşlər var idi. Komandanın vəziyyəti heç də yaxşı olmadığı dönəmdə azarkeşlər stadiona gəlib dəstək verirsə... Bundan klub qazanır.

Dəstək pis və yaxşı günlərdə olmalıdır. Orada o qədər adamı görmək həqiqətən xoş idi”.

Şarples Qəbələ şəhər stadionu ilə yanaşı, ölkəmizin bir neçə stadionundakı fəaliyyəti ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 May 08:50 Mahir döndü - VİDEO
20 May 03:00 "Sabah" revanş aldı