"Mən Azərbaycanda olan dönəmdə böyük problem var idi"

10 Aprel 10:40 Sizdən Bizə 1 675
"Mən Azərbaycanda olan dönəmdə böyük problem var idi"

«Futbolçular vahid proqram üzrə yetişməlidir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında millimizin sabiq müdafiəçisi Usim Nduka deyib.

Vaxtilə ölkəmizdə «Olimpik»in formasını geyinmiş nigeriyalı bildirib ki, 9-10 il ərzində azərbaycanlı futbolçuların nəyə qadir olduqlarını görüb.

Bəs onun fikrincə, bizimkilərin ən böyük problemi nədir? Usimi dinləyək:

«İlk növbədə klublarda akademiyaların olmaması və ya istənilən səviyyədə qurulmaması. Akademiya dediyim sadəcə uşaq futbolundakı komandalar deyil.

Akademiyanın binası olmalıdır, futbolçular məskunlaşmalıdır. Qidalanma, istirahət, təhsil - bu kimi şeylərə xüsusi diqqət yetirilməlidir.

Mən orada olan dönəmdə bu baxımdan böyük problem var idi».

Digər Xəbərlər
Xəbər Lenti