İngiltərə klubunun baş məşqçisi “Qarabağ”da yaşadıqlarını danışdı

13 Fevral 20:20 Sizdən Bizə 3 690
İngiltərə klubunun baş məşqçisi “Qarabağ”da yaşadıqlarını danışdı

Hazırda İngiltərədə “Ridinq”in baş məşqçisi vəzifəsini icra edən Ruben Selles Azərbaycanda keçirdiyi günləri xatırlayıb.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı mütəxəssis “Qarabağ”da maraqlı təcrübə topladığını sözlərinə əlavə edib:

“2015-ci ildə Azərbaycana qayıtdım, iki il yarım “Qarabağ”da işlədim. İkinci və fiziki hazırlıq üzrə məşqçi idim.

Ardıcıl iki mövsüm ölkə çempionu olduq və kuboku qazandıq.

2017/2018 mövsümündə “Çelsi” (İngiltərə), “Roma” (İtaliya) və “Atletiko” (İspaniya) kimi klublarla Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardıq”.

Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"