"Qarabağ"dan gələn haqda: "Yaxşı futbolçudur, Polşada uğurlu çıxış edəcək"

6 Fevral 09:20 Sizdən Bizə 2 948
"Qarabağ"dan gələn haqda: "Yaxşı futbolçudur, Polşada uğurlu çıxış edəcək"

Azərbaycan Premyer Liqasında legioner həyatı yaşamış azysalı polşalılardan biri Lukas Sapeladır.

Sportinfo.az xəbər verir ki, aktiv futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyət göstərən Lukas sportal.az-a açıqlamasında Azərbaycan millisinin üzvü Rahil Məmmədov haqda danışıb.

“Rəvan", "GKS Belşatov", "Miedz”( Leqniça) komandalarının qapısını qorumuş 41 yaşlı mütəxəssis sabiq “Qarabağ”lının “LKS Lodz”a transferini bu cür dəyərləndirib:

“Rahil Məmmədovu yaxşı tanıyıram, “Qarabağ”da və Azərbaycan millisində oynayırdı. Onun transferi polşada diqqətçəkən qış transferlərindən biridir.

Çünki Rahil Polşanın böyük komandalarından birinə transfer olub. “LKS Lodz”un yeni stadionu, yaxşı məşq bazası və möhtəşəm azarkeşləri var.

Düzdür, komanda hazırda sonuncu pillədədir, amma bu, müvəqqətidir. Yoxlama görüşlərində də Rahil hamısında oynadı.

Məncə, komandada əsas oyunçulardan birinə çevriləcək. Hiss olunur ki, kollektiv də onu çox yaxşı qarşılayıb.

Rahilin “LKS Lodz”dakı çıxışını yaxından izləyəcəm. O, yaxşı futbolçudur. Əminəm ki, Polşada uğurlu çıxış edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"