Türkiyə klubunun rəhbəri “Sportinfo”ya açıqladı - Emreli və Mahmudovu istəyirlərmi?

27 Yanvar 2024 21:00 Sizdən Bizə 2 582
Türkiyə klubunun rəhbəri “Sportinfo”ya açıqladı - Emreli və Mahmudovu istəyirlərmi?

“Mediada çox futbolçunun adı klubumuzla yanaşı hallana bilər, amma sizə deyim ki, bunların heç biri həqiqət deyil”.

“Kocaelispor”un prezidenti Engin Koyun Sportinfo.az-a açıqlamasında belə deyib.

Türkiyə klubunun başqanı Mahir Emreli və Emin Mahmudov da daxil, millimizin heç bir futbolçusu ilə danışıqlar aparmadıqlarını bildirib:

“İştirak ərizəmizdə yer yoxdur. Sonuncu yeri Ramil Şeydayev üçün saxlamışdıq, onu da transfer etdik.

Mövsümü bu heyətlə başa vuracağıq. Qış fasiləsində gündəmimzə olan yeganə azərbaycanlı futbolçu elə Ramil idi.

Mənim ona böyük ümidlərim var. Düşünürəm ki, Ramil burada göstərəcəyi gözəl performansla digər azərbaycanlı futbolçuların da yolunu açacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"