“Biz Şeydayevin transferinə görə 1 avro belə ödəmədik”

25 Yanvar 19:40 Sizdən Bizə 672
“Biz Şeydayevin transferinə görə 1 avro belə ödəmədik”

“Biz Ramil Şeydayevin transferinə görə Tailand klubuna 1 avro belə ödəmədik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kocaelispor”un prezidenti Engin Koyun deyib.

Türkiyənin I Liqasında mübarizə aparan klubun rəhbəri millimizin hücumçusuna görə əlavə xərcə düşmədiklərini bildirib.

Onun bildirdiyinə görə, azərbaycanlı forvard “Buriram Yunayted”lə problemini özü çözüb:

“Ramil bura sərbəst oyunçu olaraq gəldi. Əvvəlki klubu ilə ilyarımlıq sözləşməsi var idi.

“Buriram” bizdən heç nə istəmədi. Ramillə danışıb, öz işlərini həll elədilər.

Bilirsiz, onunla 1,5 illik anlaşma imzalamışıq. Ramilin “Kocaelispor”dan alacağı pulu mən açıqlaya bilmərəm.

Mediada müxtəlif rəqəmlər yazılır, mən hamısını görmüşəm. Söylənilən rəqəmlər gerçəyi özündə əks etdirmir.

Bu, onunla klub arasında olan sövdələşmədir. Bircə onu əlavə edim ki, azərbaycanlı transferimizə layiq olduğu məbləği ödəyəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"