Türkiyənin tanınmış müğənnisi: “Qalatasaray” və “Fənərbağça” Qarabağda oynasın"

15 Yanvar 12:40 Sizdən Bizə 627
Türkiyənin tanınmış müğənnisi: “Qalatasaray” və “Fənərbağça” Qarabağda oynasın"

Türkiyənin tanınmış müğənnisi Sinan Akçıl Superkubok uğrunda “Qalatasaray” və “Fənərbağça” arasında oynanılacaq matçın Qarabağda keçirilməsini təklif edib.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı sənət adamı bu barədə Türkiyənin “Haber Global” televiziyasında yayımlanan verilişdə deyib.

O bildirib ki, qarşılaşma ölkə xaricində oynanılacaqsa, ən yaxşı variant Qarabağdır: “Düşünürəm ki, “Qalatasaray” - “Fənərbağça” görüşü orada böyük marağa səbəb olacaq. Bu məsələ müzakirə olunmalıdır”.

Verilişin aparıcısı Buket Aydın da müğənninin təklifinə dəstək verib.

Daha əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində oynanılmalı olan Superkubok matçı təşkilatçılıqla bağlı bəzi çatışmazlıqlar səbəbindən təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!