“Qalatasaray”ın azərbaycanlı funksionerindən “Sportinfo”ya ŞOK AÇIQLAMA!

9 Yanvar 21:00 Sizdən Bizə 939
“Qalatasaray”ın azərbaycanlı funksionerindən “Sportinfo”ya ŞOK AÇIQLAMA!

“Sözün düzü, bizdə bu barədə bir məlumat yoxdur.

Ola bilər ki, bu haqda Türkiyə Futbol Federasiyasına (TFF) məktub göndərilsin, amma “Qalatasaray” olaraq Azərbaycan tərəfinin belə bir müraciətindən xəbərsizik”.

Bunu “Sportinfo” TV-nin aparıcı-eksperti Elçin Cəfərova açıqlamasında “Qalatasaray”ın İdarə Heyətinin üzvü Emin İmanov söyləyib.
Türkiyə Superkuboku Azərbaycanda təşkil oluna bilər.

AFFA “Qalatasaray” və “Fənərbaxça” arasındakı keçiriləcək matçın Bakıda oynanılması üçün Türkiyə Futbol Federasiyasına müraciət edib (TFF).

TFF qarşılaşmanın Samsun və ya Ankarada keçirilməsini planlaşdırsa da, bu təkliflə bağlı iştirakçı klublarla müzakirə aparılacaq.

Türkiyə Superkuboku dekabrın 29-da Səudiyyə Ərəbistanında keçirilməli idi. Lakin təşkilatçı ölkənin tələbləri səbəbindən görüş təxirə salınıb.

İstanbul klubunun azərbaycanlı yönəticisi qeyd edib ki, belə bir müraciət olarsa, müsbət münasibət bəsləyəcəklər:

“Səudiyyə Ərəbistanındakı olaylardan sonra inanmıram ki, Superkubok matçı ölkədən kənarda keçirilsin. Bu qarşlaşmanın cümhuriyyətin 100-cü ili ilə əlaqədar Türkiyədə oynanılacağını düşünürəm.

Amma hər şey ola bilər. Əgər belə bir müraciət daxil olubsa, nəticə TFF-nin qərarından asılı olacaq.

Şəxsi fikrimdir ki, Bakımıza belə bir final çox yaraşar. Biz ora gəlməyə hazırıq”.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI