."Qalatasaray" və "Fənərbaxça" Xankəndiyə gəlməyə razılıq versə... FOTO

31 Dekabr 2023 16:30 Sizdən Bizə 4 371
."Qalatasaray" və "Fənərbaxça" Xankəndiyə gəlməyə razılıq versə... FOTO

Məlum olduğu kimi, Azərbaycan əsilli türk siyasətçi Sinan Oğan Türkiyə Superkuboku uğrunda "Qalatasaray" - "Fənərbaxça" matçının Xankəndidə təşkilini təklif edib.

Əslində, final matçı Səudiyyə Ərəbistanında baş tutmalı idi.

Lakin yerli ölkə rəhbərliyinin futbolçuların meydana Mustafa Kamal Atatürkün təsviri olan köynəklərlə daxil olmasına qadağa qoymasına görə keçirilməyib.

Klublar geri çəkilməyib və hətta oteldən stadiona yollanmaqdan imtina ediblər.

Hələ final matçından bir neçə ay əvvəl “Azərbaycan bu matça ev sahibliyi etməyi təklif edib, amma orada pul yoxdur” deyən Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi də artıq istefa verib.

Türkiyədə son prezident seçkilərində namizədliyini irəli sürən Oğan iki milyondan az izləyicisi olan sosial şəbəkədəki “X“ səhifəsində Xankəndi şəhər stadionunun fotosunu paylaşaraq yazıb:

“Əgər həqiqətən də xaricdə oynamaq istəyirsinizsə, Xankəndi stadionunu tövsiyə edirəm. Əks halda, bu finalı paytaxtda təşkil edin”.

Redaksiyamıza daxil olan məlumata görə, Azərbaycanın dövlət qurumları "Qalatasaray" - "Fənərbaxça" matçının Xankəndidə keçirilməsi fikrini dəstəkləyib.

Bununla bağlı Türkiyənin müvafiq təşkilatları məlumatlandırılıb. Yerli hökümət orqanları da bu barədə TFF-yə müvafiq təklif verib.

Əgər "Qalatasaray"la "Fənərbaxça" da razılıq versə, böyük ehtimalla, məlum qarşılaşma gələn ilin martınadək ertələnəcək.

Həmin vaxtadək Xankəndi stadionunda yenidənqurma işlərinin növbəti mərhələsi həyata keçiriləcək, arenanın daxilində və ətrafında təmir aparılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI