Qarabağ məsələsinin həllini ilin hadisəsi hesab edib -

27 Dekabr 2023 12:10 Sizdən Bizə 321
Qarabağ məsələsinin həllini ilin hadisəsi hesab edib -

Rusiyanın “Nezavisimaya qazeta” qəzeti 2023-cü ildə baş verən əsas 5 hadisəyə dair yazı dərc edib.

Qəzet Azərbaycanın Qarabağ məsələsini tam olaraq həll etməsini sözügedən siyahıya daxil edib.

“Azərbaycan Qarabağ məsələsini həll edib” adlı yazıda, həmçinin Ermənistanla Azərbaycan arasında dekabrın 13-ü baş tutan əsir mübadiləsi də vurğulanıb.

Bununla yanaşı, siyahıya Rusiyanın hazırkı Prezidenti Vladimir Putinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini 5-ci dəfə irəli sürməsi, Rusiya iqtisadiyyatının sanksiyalar fonunda artması, “Vaqner” özəl hərbi şirkətinin keçmiş rəhbəri Yevgeni Priqojinin qiyamı və “Surovikin xətti”ndə Ukraynanın əks-hücumunun qırılması daxil edilib.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI