Xarici turistlər də Şuşaya gedə biləcəklər

25 Dekabr 2023 21:50 Sizdən Bizə 346
Xarici turistlər də Şuşaya gedə biləcəklər

Bakı-Şuşa istiqamətinə qrup şəklində turist turlarında bundan sonra xarici vətəndaşların da iştirakına şərait yaradılır.

Turlarda iştirak üçün yerli və xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər.

Suqovuşan istiqamətinə qrup səfərləri Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri tərəfindən təşkil ediləcək.

İcazələri 25 dekabrdan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə etmək mümkündür.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI