Tanınmış sima: "Qurban Qurbanov böyük məşqçidir, gözəl insandır"

18 Dekabr 2023 03:00 Sizdən Bizə 3 429
Tanınmış sima: "Qurban Qurbanov böyük məşqçidir, gözəl insandır"

"Qarabağ"ın sabiq qolkiperi Asmir Beqoviç sportal.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, hazırda İngiltərə Çempionşipdə mübarizə aparan QPR-in qapısını qoruyan 36 yaşlı bosniyalı Ağdam klubunun Avropa Liqasındakı çıxışını da dəyərləndirib.

- "Qarabağ"ın bu mövsümki çıxışını izləyirsiniz? Komanda Azərbaycan Premyer Liqasına liderlik edir. Avropa Liqasının qrup mərhələsində isə ikinci pillədə qərarlaşıb Bununla bağlı nə fikriniz necədir?

- Mümkün qədər “Qarabağ”ı izləməyə çalışıram. Düzü, Azərbaycan Premyer Liqasında onları izləmək bir az daha çətindir, amma mən onların Avropadakı oyunlarına baxıram. “Qarabağ” bu mövsüm çox təsirli idi. Onlar hazırda Avropanın ən yaxşı komandalarından biri olan “Bayer” (Leverkuzen), İsveç çempionu “Hekken” və “Molde” kimi çox yaxşı komanda ilə eyni qrupda idi. Qurban Qurbanov yenə ortaya əla iş qoydu. Nəticə necə olursa olsun, hesab edirəm ki, “Qarabağ” tərifə layiqdir. “Molde” ilə görüşə də baxmışdım. Onların səfərdən xalla qayıtması məni sevindirdi.

- Ümumiyyətlə, “Qarabağ”dakı hansı oyununuzu daha çox xatırlayırsınız?

- Avrokuboklardakı bütün matçlar əla idi. Xüsusən də evdəki görüşlər. Ona görə də “Qarabağ”da keçirdiyim oyunların heç birini digərindən seçməzdim. Bununla yanaşı, Azərbaycan Premyer Liqasında oynamaqdan da həzz alırdım. Bəzi oyunlar çox yaxşı keçdi və bu, böyük təcrübə oldu.

- “Qarabağ”dan ayrıldıqdan sonra "Milan"a keçidin daha gözlənilməz idi. Bu necə oldu? Orada səndən “Qarabağ” haqda soruşdular?

- Təbii ki, “Qarabağ” hər yerdə tanınır və hər yerdə insanlar mənim oradakı təcrübəm haqqında daha çox bilmək istəyirdilər. “Milan”a getməyi özüm üçün təbii hərəkət kimi hiss etdim. Orada da çox gözəl vaxt keçirdim.

- Ümumiyyətlə, “Qarabağ”a xeyir verdiyinizi düşünürsünüz? Niyə “Qarabağ”da az müddət qaldınız, daha çox qala bilməzdiniz?

- Əlbəttə, Bakıda oynamağı çox sevirdim. Azərbaycan gözəl ölkədir, insanlar fantastikdir və orada daha uzun müddət qalmağı çox istəyərdim. Sadəcə mən “Qarabağ”da icarə əsasında oynayırdım, “Bornmut”a məxsus idim. Sonradan “Milan”a getmək perspektivi yarandı. Ona görə də bunu etdim.

- Qurban Qurbanovla münasibətiniz qalıb, heç onunla danışırsınız? Bir müddət əvvəl “Sauthempton”da baş məşqçi vəzifəsini yerinə yetirən, vaxtı ilə “Qarabağ”da çalışmış Ruben Sales İngiltərə mətbuatına açıqlamasında Qurban Qurbanov haqda xoş sözlər demişdi. Yəqin ki, bundan xəbərdarsan...

- Qurban Qurbanov böyük məşqçidir, gözəl insandır və mən onun komandasında oynamağı çox sevirdim. O, müasir futbola baxışı olan müasir məşqçidir. Onun rəhbərlik etdiyi “Qarabağ”ın heç bir şəkildə Avropa komandalarından geri qaldığını hiss etməmişəm.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI