“Qarabağ” qrupdan çıxdı, mən də ona təbrik mesajı göndərdim"

17 Dekabr 2023 02:10 Sizdən Bizə 855
“Qarabağ” qrupdan çıxdı, mən də ona təbrik mesajı göndərdim"

Azərbaycanda beş il “İnter”in(indiki “Şamaxı”) formasını geyinmiş Danildo Assioli sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, hazırda Portuqaliya “Santa-Klara” klubunda məşqçi kimi çalışan Assioli “Qarabağ”ın futbolçusu Julio Romao haqda danışıb.

Braziliyalı məşqçi həmyerlisi ilə “Santa-Klara”da birlikdə çalışdığı vaxtları da xatırlayıb:

“Qarabağ”ın “Hekken”lə matçda qalib gələrək növbəti mərhələyə adladığını gördüm. Oyunu izlədim. Təbii ki, “Qarabağ”da sabiq futbolçumuz, yaxın dostum Julio Romao oynayır.

Onun adına da çox sevindim. “Qarabağ”ın Avropa Liqasında qrupdan çıxması münasibəti ilə ona təbrik mesajı göndərdim. Romao püşkatmanı səbirsizliklə gözləyir(gülür).

“Qarabağ”ın Portuqaliya klubu ilə düşməsi yaxşı olardı. Julionun orada aparıcı oyunçulardan olması məni sevindirir.

“Santa-Klara”da birlikdə işləmişik, onun potensialına ümidim yüksək idi. Əla futbolçudur, ümidvaram ki, “Qarabağ”la böyük uğurlara imza atmağa davam edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI