Fransalı səfir Mahmudovla Mbappenin qollarını necə müqayisə etdi?

20 Noyabr 2023 00:30 Sizdən Bizə 1 414
Fransalı səfir Mahmudovla Mbappenin qollarını necə müqayisə etdi?

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudovla Fransa yığmasının futbolçusu Kilian Mbappenin qollarını müqayisə edib.

Sportinfo.az xəbər verir ki, bu barədə diplomat AVRO-2024-ün sosial şəbəkə səhifəsindəki “Ən yaxşı qol” səsverməsinə münasibət bildirərkən yazıb.

“Seçmək çətindir! Mahmudovun qolu Mbappenin qoluna çox bənzəyir!”, – səfir vurğulayıb.

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov FIFA reytinqində 23-cü pillədəki İsveçə, PSJ-nin hücumçusu Kilian Mbappe 198-ci yerdə qərarlaşan Cəbəllütariqə qol vurub. Hər iki oyunçu mərkəzdən dəqiq zərbə ilə fərqlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 17:30 Çək və bizə göndər!
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR
15 İyun 02:50 Özbəkistanda 1-ci oldu