"Onunla işləmək istəyirdim, lakin Azərbaycan klubunda qalmağım alınmadı"

9 Noyabr 2023 02:10 Sizdən Bizə 703
"Onunla işləmək istəyirdim, lakin Azərbaycan klubunda qalmağım alınmadı"

Sportinfo.az xəbər verir ki, Ukraynada "Karpatı"nın formasını geyinən, ötən mövsüm "Şaxtyor"a məxsus olduğu dönəmdə "Səbail"də icarə əsasında oynamış Maksim Çex sportal.az-a müsahibə verib.

- "Karpatı"da işlərin qaydasında gedir?

- Bəli, hər şey qaydasındadır. "Karpatı"da hər şey məni qane edir, burada hər şeyi bəyənirəm. Komandamızın əsas vəzifəsi Premyer Liqaya vəsiqə qazanmaqdır. İnanıram ki, bunun öhdəsindən gələcəyik.

- Ukrayna birinci liqasında öz qrupunuzun liderisiz. Premyer Liqaya vəsiqə qazanmaq şanslarınızı necə dəyərləndirirsən?

- Dediyim kimi, vəzifəmiz yüksək liqaya çıxmaqdır. Bunun üçün çox yaxşı şansımız var. Təbii ki, biz eyni qaydada, eyni tempdə işləməyə davam etsək, əminəm ki, bu cür də olacaq. Çünki komandamız yaxşı futbolçulardan qurulub və qarşıya qoyulan məqsədə çata bilərik.

- Yayda Azərbaycana qayıtmaq ehtimalın var idi?

- Yayda "Səbail"də qalmaq variantım oldu. Amma təəssüf ki, bu alınmadı. Ona görə Ukraynada qaldım.

- Şahin Diniyev səni komandada görmək istədiyini bildirmişdi, amma sonda bu baş vermədi. Onunla bu haqda danışmışdız? Geri dönüşün niyə alınmadı?

- Doğrudur, Şahin Diniyevlə danışmışdıq. Onunla işləmək istəyirdim. Lakin "Səbail"də qalmağım alınmadı.

- Azərbaycan Premyer Liqasından sonra Ukrayna birinci liqasında oynamaq asan gəlir?

- Azərbaycan Premyer Liqası ilə Ukrayna birinci divizionunu müqayisə etmək çətindir. Bircə onu deyə bilərəm ki, hər iki liqa da asan deyil. Xal qazanmaq üçün həm orada, həm də burada sona qədər mübarizə aparmaq lazımdır.

- "Səbail"dən ayrıldıqdan sonra "Şaxtyor"a qayıtsan da, orada oynamağın alınmadı. Amma "Sabah"da icarə əsasında oynamış Aleksey Kaşuk Donetsk klubuna qayıtdı və əsas heyətdə çıxış etməyə başladı. Səndə niyə belə olmadı?

- Təəssüf ki, "Şaxtyor" mənə etimad göstərmədi. Edə biləcəyim bir şey yox idi.

- Yeri gəlmişkən, "Səbail"in yəqin bu mövsümkü çıxışını izləyirsən? Hazırda bu komanda üçüncü pillədədir...

- Təbii ki, "Səbail"in oyunlarını daim izləyirəm. Onlar həqiqətən çox yaxşı oynayır. Yayda komandaya yaxşı, səviyyəli legionerlər gəldi. Onlara inanıram. Ümid edirəm ki, sona qədər də uğurlu çıxışı davam etdirəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI