"Rusiya üçün oynamaq olmasa, çox vaxt Azərbaycana üstünlük verirlər"

28 Sentyabr 2023 00:30 Sizdən Bizə 787
"Rusiya üçün oynamaq olmasa, çox vaxt Azərbaycana üstünlük verirlər"

Rusiyalı reqbiçi Şamil Davudov dağıstanlı idmançıların Azərbaycanın müxtəlif idman növlərindən ibarət milli komandalarında çıxışından danışıb.

Sportinfo.az xəbər verir ki, “Реальное время” portalına danışan Davudov bunları deyib:

"Fikir verin, qonşu olduqları üçün dağıstanlılar çox vaxt Azərbaycan millisini seçirlər.

Bu yaxınlarda keçirilən sərbəst güləş üzrə dünya çempionatında iki güləşçimiz Maqomedxan Maqomedov və Osman Nurməhəmmədov Azərbaycan uğrunda mübarizə apararaq gümüş medala sahib olublar.

Əhməd Usmanov Rusiya millisinin tərkibində dünya çempionluğunu qazandı. Amma Rusiya üçün oynamaq olmasa, çox vaxt Azərbaycan uğrunda yarışmağa üstünlük verirlər".

28 yaşlı reqbiçi Rusiya millisinin üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti