“Türkiyə Laçın yolu mövzusunda uzun müddətdir davam edən müzakirələri yaxından izləyir"

15 Avqust 2023 07:10 Sizdən Bizə 785
“Türkiyə Laçın yolu mövzusunda uzun müddətdir davam edən müzakirələri yaxından izləyir"

“Türkiyə Laçın yolu mövzusunda uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu mövzu ilə bağlı haqlı narahatlıqlarını anlayır”.

Bu barədə Türkiyə XİN-in yaydığı bəyanatda deyilir.

“Təəssüflər olsun ki, Azərbaycanın uzun müddətdir dilə gətirdiyi bu narahatlıqlar diqqətə alınmayıb və nəticədə Azərbaycan öz suveren haqları çərçivəsində uyğun bildiyi tədbirləri görüb. Türkiyə Laçın yolu mövzusunda Azərbaycana qarşı tənqidlərin əsasının olmadığı qənaətindədir. Hazırda Laçın yolundan tibbi məqsədli keçidlərin təmin edilməsi, eləcə də məhsulların daşınması üçün uyğun olan digər marşrutların təsis edilməsi Azərbaycanın maksimum səy nümayiş etdirdiyini göstərir”, - deyə bəyanatda qeyd olunub.

Həmçinin bildirilib ki, Türkiyənin Ermənistandan gözləntisi ölkənin təxribatlardan çəkinməsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması, Qarabağda olan erməni əhalinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi və digər alternativ yollardan istifadə olunmasına, eləcə də erməni əhalinin Azərbaycana reinteqrasiya prosesinə dəstək verməsidir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”