“Azərbaycandan təklif aldım, amma məni razı salmadı"

14 Avqust 2023 16:20 Sizdən Bizə 1 091
“Azərbaycandan təklif aldım, amma məni razı salmadı"

"İndoneziya və Azərbaycandan təkliflər almışdım, amma məni razı salmadı".

Sportinfo.az xəbər verir ki, bunu Kipr "Apollon"unun yeni qapıçısı Peter Leuvenberq yerli mətbuata açıqlamasında deyib.

29 yaşlı qolkiper bildirib ki, daha bir neçə il yüksək səviyyədə oynamaq istədiyi üçün Limassol təmsilçisini seçib:

"Artıq yaşım 30-a yaxınlaşır. İndoneziyaya getsəydim, bu, mənim son təyinat nöqtəm ola bilərdi. Bundan sonra Avropaya qayıtmaq daha çətindir".

Niderland "Ayaks"ının yetirməsi olan Peter Leuvenberq bu ölkənin "Dordrext" və "Qroningen" komandalarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var