"Mahir məni yaxşı mənada çox təəccübləndirdi" - Xorvatiya millisinin sabiq müdafiəçisi

7 Avqust 2023 03:50 Sizdən Bizə 637
"Mahir məni yaxşı mənada çox təəccübləndirdi" - Xorvatiya millisinin sabiq müdafiəçisi

Xorvatiya millisinin yığmasının sabiq müdafiəçisi Vedran Yeşe ölkə çempionatın 2-ci turunda "İstra" və "Dinamo" (0:3) arasında keçirilmiş oyunu haqda danışarkən Mahir Emrelinin performansını da xüsusi qeyd edib.

Sportinfo.az xəbər verir ki, "Index"ə danışan veteran futbolçu azərbaycanlı vingerin performansını bəyənib:

"Mahir Emrelinin performansı məni yaxşı mənada çox təəccübləndirdi. Meydanda etdiklərini bəyəndim.

Azərbaycanlı futbolçunu hücumun sivri ucunda oynadan baş məşqçi İqor Bişçana da təəccübləndim. Çünki Emreli həmin mövqedə çox daha effektli idi, nəinki cinahda".

“İstra” ilə matça start heyətində çıxmış Emreli bir qol və bir assistlə yadda qalıb.

42 yaşlı veteran müdafiəçi "Dinamo"(zaqreb), "Tyun", "Bney Yehuda" kimi komandalarda oynayıb

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda