"Musa cərimə meydançasında sürətli olduğu üçün qollarını vuracaq"

30 İyul 2023 03:00 Sizdən Bizə 938
"Musa cərimə meydançasında sürətli olduğu üçün qollarını vuracaq"

İsveç “Yurqorden”inin kapitanı Maqnus Erikson komandanın futbolçusu Musa Qurbanlı haqda danışıb.

Sportinfo.az "Fotbollskanalen"ə istinadən xəbər verir ki, o, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Lütsern"ə 1:2 hesabı ilə uduzduqları ilk matçda Azərbaycan millisinin hücumçusunun oyunu ilə bağlı deyib:

"Musa bu oyunda çox yaxşı təsir bağışladı. Musa cərimə meydançasında sürətli olduğu üçün qollarını vuracaq.

Düzdür, “Lütsern”lə qarşılaşmada qola ehtiyacımız var idi. Ancaq qollar gələcək".

Sözügedən görüşdə M. Eriksonun ötürməsindən sonra M.Qurbanlı yaxın məsafədən topu başla qapıya göndərə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”