Ərdoğan: “Sülh axtarışında Azərbaycanın yanındayıq”

11 Noyabr 2022 13:50 Sizdən Bizə 651
Ərdoğan: “Sülh axtarışında Azərbaycanın yanındayıq”

“Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışlarında da Azərbaycanın yanındayıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Özbəkistanda keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın bütün səylərinə baxmayaraq, Cənubi Qafqazda sülh prosesi hələ də kövrəkdir.

“Azərbaycanın Qarabağda qazandığı qələbənin ikinci ildönümü ilə bağlı əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlıq arzu edirəm. İlham qardaşım başda olmaqla, Azərbaycan xalqını bir daha təbrik edirəm”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti