Türkiyəli tanınmış futbol adamı "Sportinfo"ya dedi ki…

21 İyul 2022 14:40 Sizdən Bizə 1 603
Türkiyəli tanınmış futbol adamı "Sportinfo"ya dedi ki…

Xəbər verdiyimiz kimi, AFFA Barış Şimşeki Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin edib.

Federasiya türkiyəli funksionerlə 2 illik müqavilə imzalayıb.

Şimşek 1976-cı il, aprelin 9-da anadan olub. 1993-2000-ci illərdə Trabzondakı Qaradəniz Texniki Universitetində “Mülki inşaat”, 2001-2004-cü illərdə isə həmin universitetdə “Biznesin idarə olunması” (Masters Degree) ixtisasları üzrə ali təhsil alıb.

2006-2009-cu illər ərzində Türkiyə Futbol Federasiyasının (TFF) Trabzon üzrə regional hakimi, 2006-2019-cu illər dövründə TFF-nin elit hakimi, 2013-2015-ci illər aralığında FIFA referisi kimi fəaliyyət göstərib.

Türkiyə Premyer Liqasında 200-dən, beynəlxalq turnirlərdə isə 100-dən artıq oyunda hakimlik edib. Xüsusilə, Çempionlar Liqası, Avropa Liqası və Avropa çempionatının oyunlarına təyinat alıb (baş hakim, baş hakimin əlavə köməkçisi, 4-cü hakim).

2019-cu ildən etibarən TFF-nin Hakim İşləri Müdirliyinə rəhbər və TFF-nin VAR layihəsinə koordinator təyin olunub.

Türkiyəli sabiq FİFA referisi Dentz Ateş Bitner onunla bağlı Sportinfo.az-a açıqlama verib:

«Barış Şimşek çalışqan birisidir. İndiyədək bir çox yerdə fəaliyyət göstərib. Telekanallardan radioya kimi hər yerdə iş görüb.

Tanınan hakim olub. Amma o, yaddaşlarda daha çox bir səhvlə qalıb. Həmin hadisə 2015-ci ildə – «Beşiktaş» - «Kasımpaşa» matçında baş verib. qaydalarda yol verdiyi səhvdən dolayı həmin qarşılaşma təkrar keçirilmişdi.

Məncə, Barış Şimşek bu matçda ciddi xətaya yol verməmişdi. Ancaq Türkiyə Futbol Federasiyası fərqli qərar qəbul etdi, illər sonra isə onu vəzifəyə gətirdi».

Digər Xəbərlər
Xəbər Lenti