“Fənərbağça”lı futbolçular qazilərimizə diqqət göstərdi - FOTOLAR

11 Dekabr 2021 00:40 Sizdən Bizə 1 350
“Fənərbağça”lı futbolçular qazilərimizə diqqət göstərdi - FOTOLAR

Türkiyədə müalicə kursu keçən Vətən müharibəsi qaziləri “Fənərbağça” – “Çaykur Rizespor” qarşılaşmasını stadionun tribunasından izləyiblər.

Sportinfo.az xəbər verir ki, qəhrəman qazilərimizə bu örnək davranış Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə baş tutub.

Vətən müharibəsində əldə olunan Zəfərin birinci ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil edən TADEF ölkənin aparıcı futbol klublarına müraciət edərək, Türkiyədə müalicə olunan qazilərimizin futbol yarışlarına qonaq qismində dəvət edilməsi ideyasını irəli sürüb.

Bu təşəbbüsə ilk cavab verən “Fənərbağça” olub. Klub rəhbərliyi 11 qazimizi TADEF təmsilçiləri ilə birlikdə 5 dekabr 2021-ci il tarixində oynanan “Fənərbağça” – “Çaykur Rizespor” matçına dəvət edib.

Oyun zamanı “Fənərbağça”nın tərəfdarları qazilərimizlə yaxından maraqlanıblar. Qarşılaşmadan sonra isə “Fənərbağça”nın futbolçuları qazilərimizlə görüşüb və şəkillər çəkdiriblər.

Klub rəhbərliyinin “Tvitter” səhifəsində bununla əlaqədar olaraq “Türkiyədə müalicə alan II Qarabağ savaşının qəhrəman qaziləri stadionda bizi qürurlandırdı.

Can Azərbaycana salam və sevgilərimizi çatdırırıq!” statusu paylaşılıb, https://www.fenerbahce.org portalında məlumat yerləşdirilib.

Digər Xəbərlər
Xəbər Lenti