Burak Yılmazdan millimizə jest: "Bu gün qardaşlarımızla oynayacağıq"

27 May 2021 19:20 Sizdən Bizə 1 085
Burak Yılmazdan millimizə jest: "Bu gün qardaşlarımızla oynayacağıq"

"Azərbaycan bizə qardaş ölkədir. Bu gün azərbaycanlı qardaşlarımızla oynayacağıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin futbolçusu Burak Yılmaz mətbuat konfransında deyib.

36 yaşlı forvard bildirib ki, AVRO-2020-nin oyunlarının Bakıda olması onların üstünlüyüdür: "Bu, bizim üçün böyük şans olacaq. Azərbaycandakı azarkeşlərimizə salam göndərirəm. Oraya qələbə ilə getmək istəyirik".

Alanyadakı Oba stadionunda keçiriləcək Türkiyə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!