Türk general: "Azərbaycan və Türkiyə Ordusu Qarabağda birlikdə..."

6 May 2021 02:10 Sizdən Bizə 2 191
Türk general: "Azərbaycan və Türkiyə Ordusu Qarabağda birlikdə..."

"Türkiyə dövləti ilə Azərbaycan dövləti arasında əldə edilən razılaşmalara görə, istənildiyi təqdirdə Türkiyə Silahlı Qüvvələri Qarabağda sabitliyin, sülhün təmin olunması və əvvəllər də imzalanan sənədlərə əsasən terror aktlarının qarşısını almaq üçün birlikdə fəaliyyət göstərə bilərlər".

Sportinfo.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında Türkiyənin general-mayoru Osman Qazi Kandemir deyib.

Türkiyəli general bildirib ki, Azərbaycan dövlətinin Türkiyə Silahlı Qüvvələrinin dəstəyinə ehtiyacı yoxdur:

"Hazırda məlum imzalanan müqavilələrdən sonra Qarabağda belə bir əməliyyatlar olarsa digər dövlətlərin reaksiyasına səbəb ola bilər.

Lakin Ermənistana qarşı olacaq hücum planında Türkiyə də yer alarsa, o zaman Rusiya da vəziyyətə müdaxilə edəcək. Buna görə də hələlik Azərbaycan dövlətinin də Türkiyə Silahlı Qüvvələrinin dəstəyinə ehtiyacı olduğunu düşünmürəm.

Azərbaycan Silahlı Qüvvələrinin təkbaşına da olsa, Qarabağda ermənilərin təxribatlarına qarşı çıxmağa gücü var. Fikrimcə, buna görə də Türkiyə Ordusuna ehtiyac yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"