“Müharibə vaxtı Türkiyə mediası həqiqətlərin çatdırılmasında bizimlə birgə oldu”

10 Aprel 2021 15:10 Sizdən Bizə 696
“Müharibə vaxtı Türkiyə mediası həqiqətlərin çatdırılmasında bizimlə birgə oldu”

"Vətən müharibəsində Azərbaycan mediası həqiqətləri dünyaya düzgün çatdırmaq üçün səmərəli şəkildə fəaliyyət göstərdi. Bu məsələdə qardaş Türkiyə mediası bizimlə birgə oldu".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 10-da Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında deyib.

Hikmət Hacıyev qeyd edib ki, Türk dünyasının ortaq tarixi, dəyərləri var. Bu gün Türk Şurasının üzv ölkələrinə qarşı təxribat xarakterli informasiya hücumları olur.

Buna görə də biz birgə fəaliyyət göstərməliyik. Bu baxımdan bugünkü tədbirin xüsusi əhəmiyyəti var.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”