“Qəlbim Türkiyə və Pakistandır, canım Azərbaycandır” - VİDEO

27 Mart 2021 12:50 Sizdən Bizə 777
“Qəlbim Türkiyə və Pakistandır, canım Azərbaycandır” - VİDEO

Pakistanlı sənətçi Asad Kureyşi Azərbaycan, Türkiyə və Pakistan dostluğuna diqqət çəkmək üçün mahnı təqdim edib.

Sportinfo.az xəbər verir ki, bəstə “Qəlbim Türkiyə və Pakistandır, canım Azərbaycandır” adlanır. Sözləri Salahuddin Baloch, musiqisi Shoaib Raza və Hasniyə məxsusdur.

Musiqi türk və urdu dillərində səsləndirilib.

Pakistanın Lahor şəhərində çəkilən mahnının klipində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri İmran Xanın görüntüləri, həmçinin hər üç ölkədən olan kadrlara yer verilib.

Digər Xəbərlər
Xəbər Lenti