“Azərbaycana dəstək olmaq üçün gəlmişik”

12 Mart 2021 13:10 Sizdən Bizə 999
“Azərbaycana dəstək olmaq üçün gəlmişik”

"Azərbaycana gəldikdən sonra ilk olaraq Prezident İlham Əliyev bizi qəbul etdi. Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdük”.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay deyib.

Onun sözlərinə görə, bugün Şəhidlər Xiyabanını ziyarət ediblər: “Həmçinin mərhum prezident Heydər Əliyevin də məzarını ziyarət etdik. Biraz əvvəl də xarici işlər naziri Ceyhun Bayramovun qonağı olduq”.

O xatırladıb ki, 44 günlük müharibədən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib: “Biz Azərbaycana dəstək olmaq üçün bura gəlmişik.

Azərbaycanda Türkiyəyə və Türkiyədən gələn hər kəsə qarşı çox böyük sevgi var. Türkiyədə də azərbaycanlı qardaşlarımıza çox böyük dəstək verirlər”.

Digər Xəbərlər
Xəbər Lenti