COP29

Premyer Liqaya vəsiqə şansı əldə etdilər, qapını sındırdılar

18 May 02:30 Şamaxı 535
Premyer Liqaya vəsiqə şansı əldə etdilər, qapını sındırdılar

“Şamaxı” Lökbatan Olimpiya İdman Kompleksinin stadionuna dəymiş zərəri ödəyəcək

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

I Liqanın XXXVI turunda “Qaradağ Lökbatan” evdə Şamaxının eyniadlı təmsilçisi ilə qarşılaşıb.

Oyun zamanı qonaq azarkeşlər tərəfindən stadionda 3 oturacağın sındırılması, həmçinin futbolçuların paltardəyişmə otağında 1 qapının yararsız hala salınması ilə bağlı stadiona dəymiş zərərin “Şamaxı” tərəfindən ödənilməsinə qərar verilib.

Bununla yanaşı, oyunda azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün “Şamaxı” 150 manat cərimələnib.

Bölgə təmsilçisi həmçinin 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə 70 manat ziyana düşüb.

İntizam Komitəsi “Qaradağ Lökbatan”ı da cəzalandırıb. Belə ki, oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə klub 80 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"