Cavid Hüseynov bundan sonra harada işləyəcək?

29 May 21:00 Şamaxı 1 513
Cavid Hüseynov bundan sonra harada işləyəcək?

“Bu dəqiqə gələcək haqda danışmaq tezdir”.

“Şamaxı”nın çalışdırıcısı Cavid Hüseynov Sportinfo.az-a açıqlamasında belə deyib.

Ötən ilin yayından əyalət təmsilçisini çalışdıran gənc mütəxəssis “gələcəyinizi harada görürsüz” sualına bu cür cavab verib:

“İki-üç il sonra yaşana biləcək hadisəni yaxına çəkmək üçün mütləq müəyyən işlər görməlisən ki, gələcək haqda müəyyən təsəvvürlərin olsun.

Bu, insanın öz əlindədir. Ona görə də indidən gələcək haqda fikir bildirmək çətindir”.

Azərbaycan Premyer Liqasında XXXVI – sonuncu turun ən diqqətçəkən oyunu “ASCO Arena”da baş tutub.

Elitada qalmaq uğrunda mübarizə aparan autsayderlər - “Səbail”lə “Şamaxı” birincilərin meydanında üz-üzə gəlib.

Matçın 45+1-ci dəqiqəsində rəqib müdafiəçinin səhvini bağışlamayan “Səbail”in argentinalı yarımmüdafiəçisi Franko Mazurek hesabı açıb.

Bu, həm də oyunda vurulan yeganə qol olub. 90+2-ci dəqiqədə rəqibi başla vuran bakılıların oyunçusu Elmir Tağıyev meydandan qovulub.

“Səbail” son dəqiqələri azlıqda keçirməsinə baxmayaraq, 1:0 hesablı qələbə qazanaraq, mövsümü 29 xalla doqquzuncu pillədə başa vurub.

25 xalla axırıncı – 10-cu yeri tutan “Şamaxı” isə Premyer Liqanı tərk edib. AFFA idman prinsiplərini əsas götürsə, “Şamaxı” 2023/2024 mövsümünü I Divizionda, “Araz-Naxçıvan” isə elitada keçirəcək.

Yalnız yüksək liqada komanda sayının 12-yə yüksəldilməsi qərarı veriləcəyi təqdirdə, “Şamaxı” çempionatdakı çıxışını davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu