Premyer Liqaya vəsiqə qazanan klub yeni baş məşqçisi ilə neçə illik müqavilə bağladı?

13 İyun 2024 11:00 Şamaxı 1 717
Premyer Liqaya vəsiqə qazanan klub yeni baş məşqçisi ilə neçə illik müqavilə bağladı?

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Şamaxı" yeni baş məşqçisini açıqlayıb.

Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda Ayxan Abbasova tapşırılıb. O, bu postda Ramiz Məmmədovu əvəzləyib.

Son olaraq "Turan Tovuz"da işləyən 43 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Bizdə olan məlumata görə, kontrakt 2 illik nəzərdə tutulub.

O, iki əl ərzində Tovuzda bərabər çalışdığı Elnur Çodarovla Kamil Qafarovu da özüylə Şamaxıya gətirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti