"Hazırkı gedişat bir az ümidsizlik yaradır" - Rauf Əliyev

11 May 2020 09:28 Səbail 658
"Hazırkı gedişat bir az ümidsizlik yaradır" - Rauf Əliyev

"Hazırkı gedişat ümidsizlik yaradır. Klubdan deyilib ki, məşqlər başlaya da bilər, başlamaya da bilər.

Dövlətin qarşıdakı günlərdə karantin rejimində yumuşalmalar etməsi gözlənilir. Ona görə bir az ümid var"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in hücumçusu Rauf Əliyev deyib.

Əliyev bu qədər fasilədən sonra əvvəlki formanı qaytarmağın çətinliyini dilə gətirib: "Formamızı bərpa etmək üçün minimum 3 həftə vaxt lazım olacaq. Məşq edirik, amma evdəki hazırlıqla stadiondakı eyni deyil. Ona görə də çətinlik olacaq"

Əvəzetmə sayının 3-dən 5-ə qaldırılması haqda isə "Səbail"in hücumçusu bunları deyib: "Bu ümumi verilən qərardı. Yəqin ki, hər şeyi düşünüb bu qərarı veriblər. Bu qədər fasilə müddətindən sonra zədələr ola bilər. Əvəzetmələr oyunun vaxtını çox aparmayacaqsa, mən sayının artırılmasının tərəfdarıyam".

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır