"İnanmıram ki, kimsə buna narazılıq etsin" - "Səbail"in müdafiəçisi

6 Aprel 2020 20:40 Səbail 593
"İnanmıram ki, kimsə buna narazılıq etsin" -

Millinin və "Səbail"in müdafiəçisi Şəhriyar Əliyev Sportinfo.az-a müsahibə verib

- Fasilə müddəti necə keçir?

- Fərdi məşqlər edirəm. Evdə oturmaqdan adam sıxılır.

- Fərdi məşqlər edirsiz. Üzərinizdə nəzarətin yoxluğu tənbəllik yaratmır?

- Elə deməzdim. Komandadan müəyyən proqram verilib ki, onu yerinə yetirək. Biz də çalışırıq ki, hamısına əməl edək. Amma bunlar komanda məşqlərini əvəz etmir. Bunu edirik ki, müəyyən qədər formada qala bilək.

- Avrokuboklara gedəcək klublar hazırkı turnir cədvəlinə görə təyin olunarsa, bunu necə qarşılayacaqsız?

- Əlbəttə, istərdim ki, çempionat sona kimi başa çatdırılsın. Amma bu gün üçün kim irəli pillələrdə qərarlaşırsa, deməli, bu onların haqqıdır. Düzdü, riyazi baxımdan deyə bilərik ki, xal fərqi azdı və biz çata bilərik. Amma nə qərar qəbul olunsa, hörmətlə yanaşmalıyıq. Əsas olan insanların sağlamlığıdır. İnanmıram ki, kimsə narazılıq etsin və bu vəziyyətlə razılaşmasın.

- Çempionat bərpa olunsa, yəqin ki, oyunlar sıx qrafiklə keçiriləcək. Səncə, klublarımız buna hazırdı?

- Yəqin ki, həftədə iki dəfə oynamalı olacağıq. Biz bu halla kubok oyunlarında qarşılaşmışıq. O, bir müddətlik olub. Davamlı belə oynamaq ola bilər hansısa oyunlarda yorğunluq yaratsın. Futbolçuların fiziki durumundan çox şey asılı olacaq.

- Maaşların gec verilməsi problemi ola bilərmi?

- Hələ ki, hər şey qaydasındadır. Bu baxımdan problem yoxdur.

- Virusla mübarizədə ciddi tədbirlər görürsən?

- Deməzdim ki, dəhşət tədbirlər görürəm. Adi gigenik qaydalara əməl edirəm. Özümə çox qapanmıram. Lazım olanda çölə də çıxıram. Amma ciddi yanaşmaq lazımdır. Xüsusi ilə də yaşlı nəsil.

- Həm də millimizin üzvüsən. Son zamanlar sıx qrafiklə oyunlara çıxırdın, toplanışlarda olurdun. Bu baxımdan fasiləni sənin üçün yerinə düşdü saymaq olar?

- Yox, heç yerinə düşmədi (gülür). Futbolçu elədir ki, 2-3 gün dincələn kimi oynamaq istəyir. Maksimum 5-6 gün uzaq qala bilərsən. Biz artıq buna öyrəşmişik. Deməzdim ki, belə bir istirahətə ehtiyacım vardı.

- Bu qədər fasilədən sonra əvvəl ki, formanı yığmaq çətin olacaq?

- Əlbəttə. Bu tək mənim və ya "Səbail"in problemi deyil. Bütün klublar eyni vəziyyətdədir. Kim daha tez hazır olsa, bu onun üçün üstünlük olacaq

Digər Xəbərlər
Xəbər Lenti