"Qarabağ"a çatacaq klub yoxdur"

18 Mart 2020 18:48 Səbail 729
"Qarabağ"a çatacaq klub yoxdur"

Qış fasiləsində"Zirə"dən ayrılan yarımmüdafiəçi Elvin Məmmədov Sportinfo.az-a müsahibə verib

- Koronavirus pandemiyası ilə bağlı ölkə çempionatına 1 aylıq fasilə verildi. Bu qərar barəsində nə düşünürsən?

- Bu baş verən proseslər tək Azərbaycanda yox, bütün dünyada gedir. Məncə, atılan ən yaxşı addımlardan biri elə bu idi.

- Bu fasilə komandalarda hansı fəsadları yarada bilər?

- Bunu zaman göstərər ki, hansı kluba daha çox təsir göstərəcək. Amma sözsüz ki, futbolsuz qalacaqları bu günlər bütün futbolçulara və komandalara ziyan vuracaq.

- Məlum virusdan qorunmaq üçün hansısa tədbirlər görürsənmi?

- Çalışdığım qədər mən də yazılanlara uyğun əməl etməyə çalışıram.

- Karyeranla bağlı vəziyyət nə yerdədir?

- Fərdi məşqlər edirəm. Son günlərə kimi mini futbol oynayırdım. Pandemiya ilə bağlı qərardan sonra ona da fasilə verilb. Başqa bir şey yoxdur.

- Ölkə çempionatlarına fasilənin verilməsinə görə, İtaliyada klub prezidentləri maliyyə itkisini azaltmaq üçün futbolçuların maaşlarını dondurmaq istəyinə düşüb. Səncə, bu nə dərəcədə doğru olar?

- Klub prezidentləri öz itkisini, büdcəsini düşünür. Amma bu vəziyyətin yaranmasında futbolçuların günahı yoxdur. Nəyin ki, futbolçu heç kimi günahı deyil. Bir bəladı düşüb dünyanın canına. Futbolçunun da işi futbolla bağlıdır. Qazancı ordan çıxır. Bele şey məncə real deyil

- Çempionatların nə vaxt davam etdiriləcəyi bilinmir. Əgər, çempion və avrokuboklara gedəcək komanda hazırkı turnir cədvəli ilə təyin olunsa, bu digər klublara haqsızlıq olmayacaq?

- Bunu federasiya qərar verə bilər. Birinci yer məlumdur ki, "Qarabağ"dır. Onlara çatacaq klub yoxdur. Amma digər yerlər uğrunda mübarizə gedir. Belə olsa, bu yer uğurunda mübarizə aparan digər klubların haqqına girmiş sayılar. Amma yekun qərar federasiyanındır

- Artıq 3 aydan artıq müddətdir milli komandada baş məşqçi postu boşdur. Səncə, təyinat niyə belə gecikir?

- Təbii ki, təyinat gecikir. Yəqin ki, uyğun bir məşqçi axtarırlar. Federasiya da boş durmur. Elə seçim etmək istəyirlər ki, həm millimizə həm də futbolumuza fayadası dəysin

- Rəşad Sadıqovun namizədliyi daha çox müzakirə olunur ...

- Məncə, doğru qərar olar. Rəşad illərin təcrübəsidir. İstər yerli futbolçuları, istərsə də milliləşən futbolçuları çox yaxşı tanıyır. Amma ona hər tərəfli dəstək lazımdır. Dəstək olsa, özünü millidə də təsdiqləyə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!