Pulunu atdılar, FİFA-ya şikayət etdi, Azərbaycanı seçdi

13 Fevral 2020 13:12 Səbail 1 243
Pulunu atdılar, FİFA-ya şikayət etdi, Azərbaycanı seçdi

"Səbail" baxışda olan Lema Mabidi Çikito ilə bağlı qərar qəbul edib.

"Dənizçilər" Konqo Demokratik Respublikası yığmasının yarımmüdafiəçisi ilə rəsmi müqavilə imzalayıb.

26 yaşlı legioner mövsümün sonuna kimi paytaxt klubunun formasını geyinəcək.Son olaraq Mərakeşda - "Raca Kasablanka"da çıxış edən Çikito bu komandada 91 oyuna 7 qol vurub.

Afrikalı karyerası ərzində ölkəsində "AS Vita Klub" və Tunisdə "Sfaksien" klublarının formasını geyinib. 2011-ci ildən Konqo millisinə dəvət alan yarımmüdafiəçi 23 oyun keçirib.

Sportinfo.az-ın məlumatına görə, Çikito "Səbail"ə pul qazanmaq niyyəti ilə gəlməyib. O, Azərbaycanı məcburiyyətdən seçib. Belə ki, konqolu "Raca Kasablanka"nı məhkəməyə verib.

"Qara qitə"nin nümayəndəsi yaydan bəri Mərakeş klubu ilə çəkişmədədir. "Raca Kasablanka"dan 200 min dollar alacağı olan Çikito pulunun ödənilməməsi səbəbindən FİFA-ya şikayət məktubu göndərib.

Ali futbol qurumu hazırda bununla bağlı araşdırma aparır. Məkəhəmə hələ yekunlaşmadığından, FİFA afrikalı futbolçuya karyerasını istədiyi yerdə davam etdirmək izni verib.

Çikito da öz növbəsində "Səbail"in təklifini dəyərləndirib. Maraq üçün qeyd edək ki, 4 aylıq müqaviləyə imza atan yarımmüdafiəçinin maaşı 2500-3000 dollar civarındadır.

Digər Xəbərlər
Xəbər Lenti