"Səbail"in baş məşqçisi Adil Şükürov daha bir oyunçu ilə problem yaşayıb.
Təcrübəli mütəxəssis bu dəfə Əli Babayini kollektivdən uzaqlaşdırıb.
İranlı hücumçu çalışdırıcının tələbi ilə məşqlərə buraxılmır.
24 yaşlı forvard ötən yay Birinci Liqa klubuna transfer olunub.
İranın aşağı yaş millilərində oynamış əcnəbi ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Bir neçə gün əvvəl Şükürovla insident yaşadığı üçün kapitan Yusif Nəbiyev klubdan ayrılmalı olmuşdu.
XANOĞLAN / SPORTİNFO.AZ

