“Çelsi”nin baş məşqçisi Xabi Alonso, komandanın ukraynalı yarımmüdafiəçisi Mixail Mudrikin Premyer Liqanın növbəti turunda “Fulhem”ə qarşı keçiriləcək matçın iştirak ərizəsinə düşüb-düşməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, bu barədə qərar vermək üçün hələ tez olduğunu bildirib:
“Görəcəyik. Qərar qəbul etmək üçün vaxtımız var. Bir çox qərarla bağlı tələsməyimizə ehtiyac yoxdur. Uyğun vaxtda qərarımızı verəcəyik”.
Daha əvvəl qadağan olunmuş preparatdan istifadə ilə bağlı diskvalifikasiyası ləğv edilən Mudrik “Çelsi”nin bir neçə yoxlama oyununda iştirak edib.
“Fulhem” – “Çelsi” qarşılaşması bu gün saat 23:00-da start götürəcək.
