Azərbaycan millisinin üçüncü “qurban”ı Rumıniya oldu

03:10 Voleybol 66
Azərbaycan millisinin üçüncü “qurban”ı Rumıniya oldu

Azərbaycanın qadın voleybol millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma C qrupunun 3-cü turunda Rumıniya ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında keçirilən görüşdə millimiz 3:2 (25:21, 25:23, 15:25, 22:25, 15:8) hesabı ilə qalib gəlib.

Beləliklə, Portuqaliya və İspaniyadan sonra Rumıniyanı da məğlub edən Azərbaycan millisi 8 xalla C qrupunda liderliyini davam etdirir.

Qrup oyunları avqustun 28-dək Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!