“Açığı, “Qarabağ”a uduzandan sonra hamımızın vəziyyəti çox pisdir”

24 Avqust 22:40 Qarabağ 625
“Açığı, “Qarabağ”a uduzandan sonra hamımızın vəziyyəti çox pisdir”

Kiyev “Dinamo”sunun qapıçısı Ruslan Neşeret Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a məğlub olaraq mübarizəni dayandırmalarını şərh edib.

Sportinfo.az xəbər verir ki, o, hələ də özlərinə gələ bilmədiklərini deyib.

Qolkiper avrokuboklarla erkən vidalaşdıqlarını düşünür:

“Açığı, hamımızın vəziyyəti çox pisdir. Üçüncü təsnifat mərhələsində mübarizəni dayandırmaq yaxşı olmadı.

Məncə, qalib gəlməli, yaratdığımız qol imkanlarından istifadə etməli idik. Amma artıq olan olub.

Tənqidləri qəbul edirik və mövcud problemləri aradan qaldırmaq üçün çalışacağıq”.

“Qarabağ” iki oyunun cəmində 2:1 hesablı qələbə qazanaraq, pley-offa adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada