“Qarabağ”la oyundan qabaq yeni kontrakt - 2030-cu ilin yayına qədər

03:20 Hadisə 100
“Qarabağ”la oyundan qabaq yeni kontrakt - 2030-cu ilin yayına qədər

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”la qarşılaşacaq "Tvente" futbolçusu Sondre Eryaseterin müqaviləsini yeniləyib.

Sportinfo.az xəbər verir ki, Niderland klubu 22 yaşlı norveçli hücumçunun müqaviləsinin müddətini daha bir il artırıb.

Yeni sözləşməyə əsasən, futbolçu 2030-cu ilin yayına qədər “Tvente”də çıxış edəcək.

2025-ci ilin yayında “Tvente”yə keçən norveçli futbolçu indiyədək klubun heyətində 40 rəsmi matça çıxıb, 5 qol vurub və 13 məhsuldar ötürmə edib.

"Qarabağ" - "Tvente" görüşü avqustun 27-də keçiriləcək və saat 20:00-da başlayacaq. Komandaların Niderlandda oynanılan ilk görüşündə "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!